Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Ermənistana benzini neçəyə satıb?

Tarix: 18-12-2025 22:26     Baxış: 363 A- / A+
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İrəvanın Azərbaycandan benzini hansı qiymətə alması barədə jurnalistlərin suallarını cavablandırıb.

O, suala konkret cavab verməyib və bunun bazar qiymətlərindən asılı olduğunu söyləyib.

“Hazırda demək çətindir, ilk tədarük zamanı xərclər standart olmur, görünür, sonrakı mərhələlərdə də standart olmayacaq. Müəyyən qədər sabit və görünən bazar konyunkturası formalaşandan sonra dəqiq demək mümkün olacaq. İlk idxaldan sonra bəzi şirkətlər daha aşağı, bəziləri isə daha yüksək qiymətlə sata bilər, amma iştirakçıların davranışında düzəlişlər edən sonrakı dəyişikliklərdir. Özəl sektorda qiymət rəqabət əsasında formalaşır. Bizim vəzifəmiz bazarda mümkün qədər çox iştirakçı və müxtəlif mənbələr təmin etməkdir. Bu, rəqabətin artması və nəticədə qiymətlərin maksimum dərəcədə aşağı düşməsinə gətirib çıxaracaq”, - nazir qeyd edib.

Gevorq Papoyan konkret olaraq hansı özəl şirkətin Azərbaycandan benzin partiyası aldığını açıqlamayıb: “Zəhmət olmasa sorğu göndərin, cavab verə bilsək, verərik”. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar