Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Uşaq bağçaları üçün 10 milyon manatlıq avadanlıq alınacaq

Tarix: 17-12-2025 12:30     Baxış: 343 A- / A+

Məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra mallar alınacaq.
Manevr.az xəbər verir ki, bununla əlaqədar Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “LN TRADING” Məhdud Məsuliyyətli Cəmiyyəti ( MMC) ilə müqavilə imzalayıb.
Müqavilə şərtlərinə əsasən, nəzərdə tutulan malların alınması üçün “LN TRADING” MMC-yə 9 milyon 765 min 975 manat ödəniləcək.
Layihə çərçivəsində məktəbəqədər təhsil müəssisələri üçün soyuducu, soba, samovar, televizor, tozsoran, kondisioner, mikser, blender, fen, dondurucu, printer, ütü və ətçəkən maşın kimi avadanlıqların alınması nəzərdə tutulur.
Qeyd edək ki, layihə üzrə işlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Məlumat üçün bildirək ki, “LN TRADING” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. 2 010 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Cəfərov Ramin Nəcəf oğludur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar