Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Onlar üçün metroda gedişhaqqı 30 qəpik oldu - 20 günlük...

Tarix: 16-12-2025 21:12     Baxış: 360 A- / A+
onlar-ucun-metroda-gedishaqqi-30-qepik-oldu
Ölkənin ilk rəqəmsal bankı “Birbank” qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müştərilərini sevindirəcək kampaniyaya start verir.

16 dekabr 2025-ci ildən 4 yanvar 2026-cı ilədək davam edəcək kampaniya müddətində “Birbank Visa” kart sahibləri Bakı metrosundan istifadə zamanı gedişhaqqının sadəcə yarısını ödəyirlər.

Bayram günlərində şəhərdaxili səfərlərini daha sərfəli etmək istəyənlər üçün nəzərdə tutulan kampaniyadan yararlanmaq olduqca asandır. Sərnişinlər metro stansiyalarında ödənişlərini “Birbank Visa” (debet və ya taksit) kartlarına bağlı “Apple Pay” və ya “Google Pay” vasitəsilə həyata keçirməlidirlər. Bu zaman balansdan standart 60 qəpik əvəzinə, cəmi 30 qəpik silinəcək.

Qeyd edilib ki, hər bir istifadəçi kampaniya ərzində bütün kartları üzrə ümumilikdə maksimum 10 dəfə güzəştli gediş imkanından faydalana bilər. Bu təşəbbüs bayram ərəfəsində rəqəmsal ödənişləri təşviq etməklə yanaşı, istifadəçilərin büdcəsinə qənaət edərək bayramı dolu-dolu yaşamağa imkan yaradır.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank”, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı “Kapital Bank” adı altında müştərilərinə xidmət göstərib və “PAŞA Holding”ə daxildir. “Kapital Bank” isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar