Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda benzin ucuzlaşacaq? - AÇIQLAMA

Tarix: 03-12-2025 14:47     Baxış: 357 A- / A+

Azərbaycanda benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Son günlər tez-tez sual verirlər ki, 2026-cı ildə ölkədə benzin-dizel qiymətləri artacaq, ya yox?!”
Manevr.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib. O qeyd edib ki, Azərbaycanda Aİ92 benzini və dizelin qiymətlərini hökumət müəyyənləşdirir, qiymət təyin edəndə dünya bazarı, məntiq nəzərə alınmır, ancaq hökumətin öz “məntiqi” işləyir:
“Ona görə də, iqtisadçılar bu haqda proqnoz verə bilmirlər, çünki, peşəkar iqtisadçı trendləri, dünyada neft qiymətləri, qonşu ölkələrdəki vəziyyəti, ölkə daxilində vergi-aksiz siyasətini nəzərə alıb analiz edir. Azərbaycanda isə bu kriterlər işləmir.
Məsələn, Azərbaycanda hökumət ən son 2024-cü ilin 30 iyun tarixində qiymətləri artırdı, Aİ92 litrə görə 10 qəpik, dizel isə 20 qəpik bahalaşdı. Rəsmi açıqlamada da dedilər ki, dünyada neft bahalaşıb, ona görə bu addımı atıblar – 2024-cü ilin iyun ayının 30-da “Brent” markalı neftin bareli 86 dollar idi.
Yəni, hökumətin qərar verərkən arqumenti dünyada neft qiymətləridirsə, bu gün “Brent” markalı nefrin qiyməti 63 dollardır, deməli, əsl məntiqi ardıcıllıq qursaq, indi hökumət yığışıb benzin-dizelin qiymətini, heç olmasa, 10-15% ucuzlaşdırmalıdır.
Gələn il isə neft qiyməti daha aşağı olacaq, 2026-cı ilin ortalama qiymət koridoru 55-65 dollar arası olması gözlənilir.
Deməli, hökumət benzin-dizelin qiymətini artırmamalı, hətta, heç olmasa özləri-öz məntiqlərinə hörmət edirlərsə, bir az ucuzlaşdırmalıdır. Amma, edəcəkmi, ucuzlaşma olacaqmı – inanmıram. Bahalaşdıra bilərlərmi – bəli, buna inanıram, çünki bizim bildiyimiz, anladığımız məntiqlə, hökumətin, əsas da hüquqşünas olan iqtisadi blok nazirlərinin “məntiqi” eyni deyil..."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar