Sizin Reklam Burada
Xəbər lenti
06-11-2026
05-11-2026
BÜTÜN XƏBƏRLƏR

Böyük vida ili – 2026

Tarix: 06-11-2026 12:55     Baxış: 350 A- / A+


Böyük  vida ili   – 2026
Lionel Messi, Kriştiano Ronaldo və Neymar milli komanda karyeralarını 2026-cı ildə başa vurdular. 
Manevr.az-ın xəbərinə görə, dünya futbolunda iz buraxan bu üç ulduzun vida mərasimi eyni ildə baş tutub.
Futbolda 2026-cı il üç böyük ulduzun milli komanda formaları ilə vidalaşması ili olub.
Argentinada Lionel Messi, Braziliyada Neymar və Portuqaliyada Kriştiano Ronaldo öz ölkələrini təmsil etmək səyahətlərini başa vurublar.
Braziliyanın Dünya çempionatının 1/8 final mərhələsində məğlub olmasından sonra milli komanda karyerasını başa vurduğunu elan edən Neymar iyul ayında qərarını təkrarlayıb. Braziliyalı ulduz artıq milli komandada oynamaq istəmədiyini bildirib.
Argentinanın ikonik siması Lionel Messi avqust ayında milli komandadan ayrıldığını elan edib. 2022-ci il Dünya çempionatında ölkəsini qələbəyə aparan ulduz futbolçu Argentinadakı karyerasına son qoyub.
Son vida Kriştiano Ronaldodan gəli. Portuqaliyalı kapitan qərarını noyabrın 5-də elan edərək 23 illik milli komanda karyerasına son qoyub. Ronaldo milli komandada 234 oyunda 146 qol vurub.
İllərdir ölkələrinin ən böyük ümidləri arasında olan Messi, Ronaldo və Neymarın eyni ildə verdiyi qərarlar milli futbolda bir dövrün sonunu qeyd edib. Üç ulduz unudulmaz qollar, tarixi nailiyyətlər və yaddaqalan anlar geridə qoyub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar