Xəbər lenti
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi

“Qalatasaray” klubunun vitse-prezidenti Metin Öztürk idarə heyətindəki vəzifələrindən istefa verdiyini açıqlayıb.
Manevr.az xəbər verir ki, o, oktyabrın 27-də keçirilən idarə heyətinin iclasında baş verən hadisələrdən sonra bu qərarı qəbul etdiyini bildirib.
Metin Öztürk sosial şəbəkə hesabında paylaşım edərək iclas zamanı fiziki hücuma və mərhum anasının ünvanına təhqirlərə məruz qaldığını iddia edib.
“İdarə heyətimizin oktyabrın 27-də keçirilən iclasında baş verən fiziki hücumu və mərhum anama qarşı təhqirləri qəbul etməyim nə “Qalatasaray” tərbiyəmə, nə də valideynlərimdən aldığım tərbiyəyə uyğun deyil.
Bu gündən etibarən “Qalatasaray”ın idarə heyətində və kluba bağlı şirkətlərdə tutduğum vəzifələrdən istefa verirəm”, – deyə o bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























