İsveçrə istehsalı olan lüks saat meteor daşından hazırlanmış siferblatı və sapfir mavisi çərçivəsi ilə seçilir. Bu xüsusiyyətlər onu “Rolex”in ən eksklüziv modellərindən birinə çevirir.
Keyn mərasimə həyat yoldaşı Keyt Qudlendlə birlikdə London Palladium teatrında qatılıb. Futbolçu üçün gecənin əsas hadisəsi isə saatından daha çox karyerasında əldə etdiyi uğur olub: o, ilk dəfə “Qızıl top” mükafatını qazanıb.
Mənbənin məlumatına görə, Keyn 2001-ci ildə Maykl Ouenin qalibiyyətindən sonra bu mükafata layiq görülən ilk ingiltərəli futbolçu olub.publika.az



































