Xəbər lenti
Azərbaycan güləşçiləri Rusiyada çempion oldular

Oktyabrın 10-11-də Rusiyanın Vladiqafqaz şəhərində Olimpiya çempionu David Musulbesin şərəfinə sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ənənəvi yarışda 16 yaşadək güləşçilər mübarizə aparıb.
15 ölkədən 300-dən artıq yeniyetmənin mübarizə apardığı turnirdə ölkəmizi U-15 milli komandanın böyük məşqçisi Emin Əzizov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında təmsil edən güləşçilərdən ikisi uğurlu çıxış edib.
Avropa çempionu Elvin Necəfzadə 85 kiloqramda bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Avropa mükafatçısı Cavanşir Süleymanov isə 44 kiloqramda eyni uğura imza atıb.
Qeyd edək ki, turnirdə III dərəcəli beynəlxalq hakim Nihad Muradov ədaləti qoruyub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























