Sizin Reklam Burada
Xəbər lenti
03-10-2026
02-10-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda DÇ başlayır

Tarix: 03-10-2026 23:01     Baxış: 326 A- / A+
bakida-dc-baslayir
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır Oktyabrın 4-də Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.

Milli Gimnastika Arenasında keçiriləcək mundialın ilk yarış günündə Azərbaycan millisinin 4 üzvü iki çəki dərəcəsində tatamiyə çıxacaq.

Qadınların -48 kq çəki dərəcəsində Şəfəq Həmidova 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakalo ilə qarşılaşacaq. Könül Əliyeva isə mübarizəyə 1/16 finaldan başlayacaq və Çili cüdoçusu Mari Di Varqas Ley ilə üz-üzə gələcək.

Kişilərin -60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/16 finalda Artsiom Kolasau (Belarus) – Dilşot Xalmatov (Ukrayna) görüşünün qalibi ilə qarşılaşacaq. Eyni çəki dərəcəsində Əhməd Yusifovun rəqibi isə Baxrom Boturov (Özbəkistan) – Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi olacaq.

Təsnifat mərhələsinin görüşləri saat 11:30-dan etibarən “CBC Sport” telekanalında, final bloku isə saat 18:00-dan başlayaraq “İctimai TV”də canlı yayımlanacaq. Dünya çempionatının biletlərini iTicket.az platformasından əldə etmək mümkündür. qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar