Xəbər lenti
Türkiyəli mütəxəssis millimizin baş məşqçisi oldu

Bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
G.Edmanın rəhbərliyi altında Türkiyənin gənc qızlardan ibarət millisi 2011-2012-ci illər mövsümündə Avropa çempionu olub, 2012-2013-cü illərdə isə dünya çempionatını 5-ci pillədə başa vurub.
O, həmçinin müxtəlif illərdə Türkiyənin əsas milli, ikinci, gənc və yeniyetmə komandalarını çalışdıraraq Balkan çempionluğu və "Spring Cup" turnirində bir neçə dəfə titullar qazanıb.
Klub karyerasında "Eczacıbaşı", "Qalatasaray", "Vakıfbank Güneş Sigorta" və "Sarıyer Belediyespor" komandalarında baş məşqçi kimi fəaliyyət göstərən mütəxəssis 1998-1999-cu illər mövsümündə "Eczacıbaşı" ilə Avropa Konfederasiya Kubokunun (CEV Cup) çempionu olub, 1999-2000-ci illərdə Avropa Çempionlar Liqasında 3-cü yeri tutub. "Qalatasaray" klubu ilə də Avropa Konfederasiya Kubokunda bürünc medal qazanan Edman "Eczacıbaşı"nın qadın komandası ilə iki dəfə Türkiyə çempionluğunu əldə edib.
Marmara Universitetinin məzunu olan Edman uzun illər Türkiyə Voleybol Federasiyasının məşqçilik kurslarında təlimçi kimi fəaliyyət göstərib, Mini Voleybol və Qadın Milli Komandaları Texniki Qurumunun üzvü olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Media
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























