Sizin Reklam Burada
Xəbər lenti
23-09-2026
22-09-2026
BÜTÜN XƏBƏRLƏR

Formula 1-in ilk gününün PROQRAMI

Tarix: 24-09-2026 10:03     Baxış: 328 A- / A+
Formula 1-in ilk gününün PROQRAMIFormula 1 Azərbaycan Qran-Prisinin ilk günü Bakı Şəhər Halqasında intensiv proqramla başlayacaq. Səhər saatlarından etibarən Formula 2 və Formula 1 pilotları trekə çıxaraq həftəsonunun ilk sərbəst yürüşlərinə start verəcəklər.
Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.
Günün ilk sessiyası saat 10:00-da Formula 2 pilotlarının sərbəst yürüşü ilə start götürəcək. 45 dəqiqəlik sessiyada pilotlar Bakı Şəhər Halqasındakı ilk dövrələrini tamamlayacaq, bolidlərin sazlanmalarını yoxlayacaq və günün iki sıralanma sessiyasına hazırlaşacaqlar.
Saat 12:30-da isə diqqət Formula 1-ə yönələcək. Bir saat davam edəcək birinci sərbəst yürüşdə komandalar trekin mürəkkəb döngələrində bolidlərinin texniki xüsusiyyətlərini və “Pirelli” təkərlərinin dözümlülüyünü sınaqdan keçirəcəklər. Sessiya zamanı əldə olunan məlumatlar komandaların yarış strategiyasının formalaşdırılmasında mühüm rol oynayacaq.
Saat 14:00 və 14:30-da Formula 2 pilotları ardıcıl davam edən iki sıralanma turları üçün yenidən trekə çıxacaqlar. Sıralanma turlarının sonunda sprint və əsas yarış üçün start mövqeləri müəyyənləşəcək.
Saat 16:00-da isə növbə Formula 1 pilotlarının ikinci sərbəst yürüşünə çatacaq. Komandalar günün ilk sessiyasında başladıqları işi davam etdirərək, bolidlərin imkanlarını maksimuma artırmağa və tempə əlavə sürət qatmağa çalışacaqlar.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi çərçivəsində dəstək yarışını yalnız Formula 2 keçirdiyi üçün bu il seriyanın Bakı mərhələsində genişləndirilmiş proqram tətbiq olunur. Formula 2 həftəsonu bir sərbəst yürüş, iki sıralanma sessiyası, bir sprint və iki əsas yarışdan ibarət olacaq.
Trekdəki mübarizə ilə yanaşı, axşam saatlarında azarkeşləri musiqi proqramı da gözləyir. Dünya şöhrətli şotlandiyalı DJ və prodüser Kalvin Harris Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 çərçivəsində Bakı Kristal Zalında səhnəyə çıxacaq. “We Found Love”, “Summer” və “One Kiss” kimi qlobal hitləri ilə tanınan sənətçi Britaniyanın ən uğurlu rəqs musiqisi ifaçıları sırasında yer alır.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar