Sizin Reklam Burada
Xəbər lenti
19-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda taekvondo üzrə "Koreya Səfiri Kuboku" turniri keçiriləcək

Tarix: 20-09-2026 13:37     Baxış: 338 A- / A+
Bakıda taekvondo üzrə "Koreya Səfiri Kuboku" turniri keçiriləcək
Sentyabrın 21–25-də Bakıda taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi, 16–21 yaşlılar arasında ölkə çempionatı və gənclər arasında "Koreya Səfiri Kuboku" turniri təşkil olunacaq.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidməti məlumat yayıb.
Dörd gün davam edəcək uşaqlar arasında ölkə birinciliyi və 16–21 yaşlılar arasında ölkə çempionatında Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və cəmiyyətlərindən olan taekvondoçular çempionluq uğrunda mübarizə aparacaqlar. Yarışın ilk iki günündə 2015–2017-ci il təvəllüdlü uşaqlar, son iki günündə isə 2005–2009-cu il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar.
Uşaqlar arasında yarışda oğlanlar və qızlar 27, 30, 33, 36, 40, 44, 48, 52, 57 və +57 kq çəki dərəcələrində qalibləri müəyyənləşdirəcəklər.
16–21 yaşlıların mübarizəsində isə oğlanlar 54, 58, 63, 68, 74, 80, 87, +87 kq, qızlar isə 46, 49, 53, 57, 62, 67, 73 və +73 kq çəkilərdə dayanq üzərinə çıxacaqlar.
Sentyabrın 25-də isə gənclər arasında birgünlük "Koreya Səfiri Kuboku" təşkil olunacaq. Turnirdə Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və təşkilatlarından 2009–2011-ci il təvəllüdlü taekvondoçular mübarizə aparacaqlar. Gənc oğlanlar 48, 55, 63, 73, +73 kq, gənc qızlar isə 44, 49, 55, 63 və +63 kq çəki dərəcələrində yarışacaqlar.
Qeyd edək ki, yarışlar Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Klubunda keçiriləcək. Turnirlər ATF-in təşkilatçılığı ilə Dünya Taekvondo Federasiyasının yarış qaydalarına və milli qurumun qüvvədə olan normativ tələblərinə uyğun təşkil olunacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar