Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?

Tarix: 18-09-2026 14:49     Baxış: 330 A- / A+
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb.

Manevr.az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərlik siyahıda yer almayıb.

Ehtimal etmək olar ki, baş məşqçi Ayxan Abbasovun belə bir qərar verməsinə Axundzadənin klubunda lazımi oyun şansı qazanmamasıdır.

N.Axundzadə yeni klubu "Erzurumspor"un iştirak ərizəsində yer aldığı 5 matçdan yalnız 3-də meydana çıxıb və ümumən 55 dəqiqə oyunda olub. O, son iki matçda isə sonadək ehtiyatda qalıb.

Axundzadə "Erzurumspor"dan əvvəlki komandası ABŞ "Kolambus Kryu" (Columbus Crew) komandasında da az halda meydana çıxırdı.

Qeyd edək ki, Ayxan Abbasov bu dəfə milliyə 4 hücumçu dəvət edib. Onlar Vüsal İsgəndərli (“Malisheva", Kosovo), Musa Qurbanlı (“Qarabağ”), Mahir Emreli (“Rakuv”, Polşa) və Renat Dadaşovdur ("Bukovina", Ukrayna).



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar