Xəbər lenti
İnfantino 2027-ci il seçkilərində iştirak edəcək

Beynəlxalq Futbol Federasiyasının (FİFA) hazırkı prezidenti Canni İnfantino 2027-ci ildə keçiriləcək seçkilərdə təşkilatın rəhbəri postuna namizədlərdən biri olacaq.
Bu barədə jurnalist Rob Harris özünün "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"FİFA prezidenti aprel ayında 2027-ci ildə yenidən namizədliyini irəli sürəcəyini elan etmişdi. Əlbəttə ki, heç nə dəyişməyib. Cənab İnfantino yenidən seçkilərə qatılacaq", - deyə Harris FİFA nümayəndəsinin sözlərini sitat gətirərək yazıb.
Qeyd edək ki, C. İnfantinonun 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FİFA rəhbəri seçilib. Daha sonra o, iki dəfə alternatizsiz əsasda yenidən bu vəzifəyə seçilib. FİFA rəhbərinin növbəti seçkiləri 2027-ci ilin martında keçiriləcək. Seçkilərdə iştirak üçün müraciətlərin son təqdimetmə tarixi noyabrın 18-dir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























