Xəbər lenti
Cüdoçularımız dünya çempionatını 2 medalla başa vurdu
Azərbaycan milli komandası Ekvadorun Quayakil şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında çıxışını başa vurub.Manevr.az xəbər verir ki, fərdi yarışların son günündə yığmamızın daha bir üzvü fəxri kürsüdə yer alıb.
-81 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Həsənli finala gedən yolda Kosta-Rika, Küveyt, Kolumbiya, Ermənistan və Yaponiya təmsilçilərinə qalib gəlib. Cüdoçumuz həlledici görüşdə rusiyalı Daniyal Biybolatova məğlub olaraq dünya çempionatının gümüş medalına sahib çıxıb.
Xatırladaq ki, daha əvvəl Fərid Rzazadə -50 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək dünya çempionu olub.
Beləliklə, Azərbaycan millisi mundialı 1 qızıl və 1 gümüş olmaqla 2 medalla tamamlayıb. Komandamız bu nəticə ilə 59 ölkə arasında oğlanların mübarizəsində dördüncü, ümumi medal sıralamasında isə beşinci yeri tutub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























