Sizin Reklam Burada
Xəbər lenti
19-08-2026
18-08-2026
BÜTÜN XƏBƏRLƏR

Roberto Karlos da İslamı qəbul etdi

Tarix: 19-08-2026 16:15     Baxış: 332 A- / A+
Roberto Karlos da İslamı   qəbul etdi
Braziliya millisinin və Madrid “Real”ının sabiq futbolçusu Roberto Karlos İslamı qəbul edib.

Manevr.az-ın xəbərinə görə, bu barədə Türkiyə parlamentinin deputatı Əli Şahin məlumat verib. 
O bildirib ki, dünya futbolunun əfsanəsi təxminən dörd həftə əvvəl şəhadət gətirib.
Braziliya müsəlman icmasının nümayəndəsi Cihad Həmmadə də 53 yaşlı braziliyalının İslamı qəbul etməsi barədə məlumatı bölüşüb. O bildirib ki, Roberto Karlos uzun müddətdir onunla əlaqədə olub və təxminən bir ay əvvəl onu ziyarət edib.
Roberto Karlos İslamı qəbul edən ilk məşhur braziliyalı futbolçu deyil. Daha əvvəl “Mançester Yunayted”in və Braziliya millisinin sabiq müdafiəçisi Kleberson, eləcə də hücumçu Sokrates Juniorun da müsəlman olub.
Roberto Karlosun 2009–2010-cu illərdə “Fənərbağça”da çıxış etdiyi Türkiyədə bu hadisəyə xüsusi diqqət göstərilib.
Futbolçunun İslamı qəbul etməsi ilə bağlı əvvəllər də şayiələr yayılmışdı, lakin rəsmi təsdiq yox idi. Türkiyə mediası məşhur idmançıların İslamı qəbul etməsi barədə xəbərləri tez-tez gündəmə gətirir və bu cür hadisələr müsəlman dünyasında geniş müzakirələrə səbəb olur.
Roberto Karlos “Real Madrid”in heyətində üç dəfə Çempionlar Liqasının qalibi olub — 1998, 2000 və 2002-ci illərdə. O, Madrid klubu ilə həmçinin dörd dəfə İspaniya çempionluğunu, üç dəfə İspaniya Superkubokunu, iki dəfə Qitələrarası Kuboku və bir dəfə UEFA Superkubokunu qazanıb.
Braziliya millisinin heyətində müdafiəçi 2002-ci ildə dünya çempionu olub, 1997 və 1999-cu illərdə isə iki dəfə Amerika Kubokunu qazanıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar