Sizin Reklam Burada
Xəbər lenti
23-07-2026
22-07-2026
BÜTÜN XƏBƏRLƏR

11 yaşlı şahmatçı dünya rekordu qırdı: Əfsanəvi Yudit Polqarı geridə qoydu

Tarix: 25-07-2026 08:50     Baxış: 326 A- / A+
Böyük Britaniya təmsilçisi, 11 yaşlı şahmatçı Bodhana Sivanandan 38 ildir qırılmayan dünya rekordunu yeniləyib. O, reytinqi 2 600-dən yuxarı olan qrosmeysteri məğlub edən tarixdə ən gənc qız şahmatçı olub.

Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Sivanandan Fransanın Eks-an-Provans şəhərində keçirilən "Dole Trophy" turnirinin ilk turunda 19 yaşlı fransalı qrosmeyster Mark-Andria Mauritsini məğlub edib. Onun reytinqi 2 628-dir. Mauritsi 2023-cü ildə 20 yaşadək şahmatçılar arasında dünya çempionu olub və hazırda Fransa çempionu titulunun sahibidir.

Partiyanın ilk 27 gedişi ərzində üstünlük Mauritsinin tərəfində olub. Lakin daha sonra o, kobud səhvə yol verərək rəqibinə uğurlu kombinasiya qurmaq və vəziri qazanmaq imkanı yaradıb.

Sivanandanın 11 yaş 4 ayı var. Əvvəlki rekord əfsanəvi macar şahmatçısı Yudit Polqara məxsus idi. O, 1988-ci ildə 12 yaş 2 aylığında qrosmeyster Layoş Portişi məğlub etmişdi.

Sivanandan həmçinin reytinqi 2 600-dən yuxarı olan qrosmeysteri məğlub edən tarixdə beşinci ən gənc şahmatçı olub. Altı turdan sonra o, üç xal toplayaraq qadın qrosmeysteri adı üçün ikinci norma uğrunda mübarizəsini davam etdirir. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar