Xəbər lenti
Fransa dünya çempionatının ilk yarımfinalçısı
ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin ilk oyunu baş tutub.Manevr.az xəbər verir ki, Foksboro şəhərindəki Boston stadionunda keçirilən qarşılaşmada Fransa millisi Mərakeş seçməsi ilə üz-üzə gəlib. Argentinalı FIFA referisi Fakundo Telyonun idarə etdiyi matç Fransa yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı 60-cı dəqiqədə Kilian Mbappe açıb. Cəmi altı dəqiqə sonra Usman Dembele fərqlənərək komandasının üstünlüyünü möhkəmləndirib.
Bu nəticə ilə Fransa millisi dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib. Avropa təmsilçisi növbəti mərhələdə İspaniya - Belçika cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi DÇ-2026 iyulun 19-da başa çatacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























