Sizin Reklam Burada
Xəbər lenti
26-06-2026
25-06-2026
BÜTÜN XƏBƏRLƏR

Şahmatçılarımız İtaliyada qızıl medal qazandılar

Tarix: 26-06-2026 22:01     Baxış: 327 A- / A+
Şahmatçılarımız İtaliyada qızıl medal qazandılar
İtaliyanın Montesilvano şəhərində 14, 16 və 18 yaşadək qız və oğlanlar arasında şahmat üzrə dünya çempionatında son turun partiyaları oynanılıb.

Azərbaycan Şahmat Federasiyası xəbər verir ki, son tur ərəfəsində 14 yaşadək qızlar arasında yarışda lider mövqeyini qoruyan Zəhra Allahverdi çempionluğunu rəsmiləşdirib.

11-ci turda Türkiyə şahmatçısı Tuana Abakla heç-heçə oynayan Zəhra 9 xal toplamaqla dünya birinciliyinin qızıl medalına layiq görülüb.

Azərbaycan şahmatçılarından növbəti qızıl medalı 16 yaşadək kateqoriyasında çıxış edən gənc istedad Xaqan Əhməd əldə edib. Dünya çempionatı ərzində inamlı mübarizə sərgiləyən 14 yaşlılar arasında Avropa çempionu 11-ci turda FIDE təmsilçisi Qleb Şeqlovu məğlub edib. 11 turdan sonra aktivində 9,5 xalı olan Xaqan Əhməd karyerasında ilk dəfə dünya çempionu titulunu qazanıb.

83 ölkədən 750-dən çox şahmatçının mübarizə apardığı dünya çempionatında Azərbaycan şahmatçıları iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq və onların şərəfinə Azərbaycan Himni səsləndiriləcək. modern.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar