Xəbər lenti
PFL-nin yeni prezidenti o ola bilər

Manevr.az “Newsport.az”a istinadla xəbər verir ki, AFFA əməkdaşı Fərhad Ələkbərov PFL-nin tarixində 3-cü prezident ola bilər.
Mənbənin bildirdiyinə görə, Fərhad Ələkbərov punktuallığı, peşəkarlığı və savadı ilə seçilən şəxslərdəndir. O, müxtəlif layihələrin hazırlanması və həyata keçirilməsində aktiv iştirak edib, təşkilatçılıq bacarığı ilə diqqət çəkib.
Bununla yanaşı, iş prinsiplərində kifayət qədər sərt və qətiyyətli mövqeyi ilə tanınır. Təbii ki, hələlik bu məsələ ilə bağlı rəsmi qərar açıqlanmayıb. Lakin adıçəkilən namizədlər arasında Fərhad Ələkbərovun da müzakirə olunması AFFA və PFL ətrafında maraqlı gözləntilər formalaşdırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































