Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bakı Marafonu 2026-da yarış başa çatdı

Tarix: 03-05-2026 17:38     Baxış: 4103 A- / A+
Bakı Marafonu 2026-da yarış başa çatdı
Bu gün saat 10:00-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə start götürən Bakı Marafonu 2026-nunda yarış başa çatıb.
Manevr.az xəbər verir ki, bir qədər sonra Sea Breeze ərazisindəki finiş zonasında qaliblərin mükafatlandırılması mərasimi olacaq.
1-ci yer sahibinə 6 000 AZN, 2-ci yerin qalibinə 4 000 AZN, finişə 3-cü çatan iştirakçıya isə 2 000 AZN pul mükafatı təqdim ediləcək. Bundan əlavə, 42 km məsafəni tamamlayan bütün iştirakçılara medallar veriləcək. Daha qısa məsafə üzrə də mükafatlar təqdim ediləcək. 21 km yarım məsafəni qət edən ilk 2000 iştirakçı medal, 10 km məsafəni tamamlayanlar isə sertifikatlarla təltif olunacaq.
İlk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb. Marafona tanınmış ictimai-siyasi, incəsənət xadimləri, ziyalılar da qoşulub. Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışıblar. Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar