Xəbər lenti
Nərimanın ABŞ-yə gedəcəyi tarix açıqlandı
"Kolambus Kryu" klubu ilə anlaşan Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin ABŞ-yə getmək üçün iş icazəsi alınıb.Manevr.az xəbər verir ki, bu barədə "qafqazinfo"ya forvardın meneceri Tural Əsgərov məlumat verib.
O, bildirib ki, futbolçunun vizası alınandan sonra isə o, ABŞ-yə yollanacaq: "Bu gün vizanı almalı idik, amma qaldı. Növbəti həftənin əvvəli yəqin ki, vizasını alıb ABŞ-yə gedəcək. Təxminən martın 10-11-i o, "Kolambus Kryu"nun düşərgəsinə yollanacaq".
Xatırladaq ki, "Kolambus Kryu" "Qarabağ"ın sabiq futbolçusuyla 3,5 illik müqavilə imzalayıb. Razılaşma fevralın 10-da baş tutsa da, işçi vizasının alınmasının yubanması Nərimanın ABŞ-yə getməyini təxirə salmışdı.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































