Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə "Strandja" beynəlxalq turnirində 1/4 final döyüşlərinə start verilib.
Manevr.az xəbər verir ki, Azərbaycan millisinin iki idmançısı bu mərhələni də qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.
50 kq-da Bilalhəbaşi Nəzərov Rudolf Qarboyanla (Ermənistan) qarşılaşıb. Boksçu böyüklər arasında ilk beynəlxalq yarışında erməni Avropa çempionunu 4:1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.
Nəzərov yarımfinalda Siyovuş Muxammadiyevlə (Ukrayna) döyüşəcək.
Malik Həsənov (65 kq) da növbəti qələbəsini qazanıb. O, Yertuqan Zeynulinova (Qazaxıstan) 5:0 hesabı ilə qalib gəlib. Həsənov finala vəsiqə uğrunda Yuri Falkao (Braziliya) ilə üz-üzə gələcək.
Hər iki boksçu yarımfinala vəsiqə qazanmaqla özləri üçün azı bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, "Strandja"da yarımfinal görüşləri fevralın 28-də keçiriləcək.
Xəbər lenti
Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























