Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Qərar verdik ki, “Qarabağ”a dəstək olaq - Vernidub

Tarix: 15-02-2026 19:39     Baxış: 345 A- / A+


"Neftçi" çətin dönəmdə "Qarabağ"a dəstək olmaq qərarı verib.
Manevr.az report-a istinadla xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub mətbuat konfransında bildirib.
"Bu mövzunu bağlamaq vaxtıdır. Rəhbərliklə görüşdük və belə çətin dönəmdə "Qarabağ"a dəstək olmaq qərarı verdik. Hansı ki, onlar Azərbaycanı böyük futbol arenasında təmsil edir. Belə qərar verdik, bizim qərardır. Bizim üçün o qədər də yaxşı olmaya bilər, ritmdən düşə bilərik. Amma ümidvaram ki, hər şey yaxşı olacaq. "Qarabağ"a "Nyukasl"la oyunda qələbə arzulayıram. Bu, bütün Azərbaycanın xeyrinədir. Sizin ölkə buna layiqdir", - Vernidub bildirib.
Y.Vernidub bugünkü görüşdə qələbə qazandıqları üçün "Neftçi" azarkeşlərini təbrik edib:
"Bu matçdan sonra istirahət olacaq. Qarşıdakı həftə oyunumuz yoxdur. Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama görüşü keçirəcək. Olmasa, öz aramızda oynayacağıq. Bunu komandanı tonusda saxlamaq üçün edirik".
Baş məşqçinin sözlərinə görə, futbolçular üçün ən böyük mükafat qələbədir:
"Bu gün işlədik və üç xalı qazandıq. Onlarla çox ünsiyyətdə oluram. Münasibətləri də çox yaxşıdır. Daha çox işləyəcəyik və hər şey daha da yaxşı olacaq".
Qeyd edək ki, "Neftçi" bu gün "Kəpəz"ə 3:1 hesabı ilə qalib gəlib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar