Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

ABŞ klubu Nərimanı əvəzedici heyətə göndərdi

Tarix: 12-02-2026 15:30     Baxış: 368 A- / A+


ABŞ-nin "Kolumbus Kryu" komandasına keçid edən Nəriman Axundzadə hələlik əsas heyətdə çıxış etməyəcək.
Manevr.az oxu.az-a istinadla xəbər verir ki, məşqçilər heyətinin verdiyi qərara əsasən, futbolçu bir müddət əvəzedici komandanın şərəfini qoruyacaq.
"Kolumbus Kryu" mövsümdəki ilk qarşılaşmasını martın 2-də səfərdə "Nyu York Red Bulls" kollektivinə qarşı keçirəcək.
Qeyd edək ki, azərbaycanlı oyunçu "Kolumbus Kryu" sıralarına "U22 Initiative" proqramı vasitəsilə qoşulub. Onun yeni komandası ilə imzaladığı müqavilənin müddəti 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
"U22 Initiative" proqramına daxil olan oyunçuların transferi klublar üçün azaldılmış büdcə xərcləri ilə həyata keçirilir. Belə ki, bu halda futbolçunun maaşı və transfer məbləği klubun ümumi maaş limitinə daha az vəsait kimi hesablanır və bu da gənc istedadların heyətə cəlb edilməsini asanlaşdırır.
Xatırladaq ki, 2021-ci ildən etibarən "Qarabağ"ın formasını geyinən Nəriman Axundzadə bu müddət ərzində rəqib qapılarına 35 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb. 2023-cü ildən Azərbaycan millisində oynayan hücumçu yığma komandada hələ qol sevinci yaşamayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar