Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
BÜTÜN XƏBƏRLƏR

Nəriman Axundzadə ABŞ-yə iki həftədən sonra yollanacaq

Tarix: 12-02-2026 13:59     Baxış: 388 A- / A+
Nəriman Axundzadə iki həftədən sonra ABŞ-yə yollanacaq
"Kolambus Kryu" klubuna keçən Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin iki həftədən sonra ABŞ-yə yollanacağı gözlənilir.
Manevr.az xəbər verir ki, bu barədə "report"a 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov açıqlama verib.
O, forvardın viza işləri tamamlanan kimi sözügedən ölkəyə gedəcəyini söyləyib:
"Bu proses təxminən 2 həftə çəkəcək. Nərimanla iki ildən çoxdur ki, işləyirik. ABŞ klubuna transferində də yaxından iştirak etmişəm. "Kolambus Kryu" ilə danışıqlar bir ay davam edib".
T.Əsgərov yığma üzvünün daha məşhur komandaya keçmək perspektivi barədə isə bunları söyləyib:
"Ümumiyyətlə, belə proqnozlar verməyi xoşlamıram. Bu, bəzi məsələlərdən asılıdır. Gələcəkdə çox şey ola bilər. Necə olacağını birlikdə görəcəyik".
Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi N.Axundzadə üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar