Xəbər lenti
Qurban Qurbanov meydançanı qardan təmizlədi - FOTO

Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən "Şamaxı” – "Qarabağ” matçından əvvəl stadionda qeyri-adi anlar yaşanıb. Şamaxıda hökm sürən əlverişsiz hava şəraiti və yağan intensiv qar şəhər stadionunun ot örtüyünü tamamilə örtüb. Meydançanın oyun üçün uyğunsuz halda olduğunu görən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hər kəsə nümunə olacaq davranış nümayiş etdirib.
Manevr.az xəbər verir ki, təcrübəli mütəxəssis kənardan izləmək əvəzinə, stadion işçilərinə qoşularaq meydanı qardan təmizləməyə başlayıb. Əlinə bel alan Qurbanovun stadion əməkdaşları ilə çiyin-çiyinə çalışaraq yaşıl örtüyü qardan təmizləməsi ətrafdakıların diqqətindən yayınmayıb. Onun bu səmimi görüntüləri qısa müddətdə sosial mediada yayılıb.demokrat.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































