Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Lamiyə Vəliyevanın həyat yoldaşı Azərbaycan millisinə cəlb olunur

Tarix: 07-02-2026 14:05     Baxış: 348 A- / A+

Azərbaycanın paralimpiya çempionu Lamiyə Vəliyevanın həyat yoldaşı Tembo Cona milliyə cəlb olunması üçün müsbət cavab verilməsi mümkündür.
Manevr.az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Azərbaycan Atletika Federasiyasından (AAF) bildirilib.
Qurumdan vurğulanıb ki, əslən Cənubi Afrika Respublikasından olan idmançı AAF-nin təşkilatçılığı ilə keçirilən müxtəlif yarışlarda klub təmsilçisi kimi iştirak edir və hazırda milli komandanın üzvü deyil:
"İdmançı tərəfindən Azərbaycanı təmsil etmək istəyi ilə bağlı müraciət daxil olub. Məsələ milli komandanın məşqçiləri tərəfindən müzakirə edilib və bunun əsasında müəyyən normativlər müəyyənləşdirilib. Tembo Con həmin normativləri yerinə yetirərsə, onun ölkəmizi təmsil etmək istəyinə müsbət cavab verilməsi mümkündür".
Xatırladaq ki, Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında 400 metr, Paris-2024 paralimpiadasında 100 metr məsafəyə qaçışda qızıl medal qazanıb.
Tembo Con yanvarın 30-da Bakıda keçirilmiş Beynəlxalq qış turnirində 60 metr məsafəyə qaçışda çempion olub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar