Sizin Reklam Burada
Xəbər lenti
21-06-2026
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

"Səndə marixuana var?” – “Fənərbağça” prezidentinin yazışmaları üzə çıxdı

Tarix: 20-12-2025 14:16     Baxış: 3156 A- / A+

İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən narkotik əməliyyatı çərçivəsində həbs edilən idman şərhçisi Ela Rümeysa Cebecinin telefonunda aşkar olunan yazışmalar istintaqın gedişatını dəyişib.
Manevr.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Jandarması tərəfindən araşdırılan rəqəmsal materiallarda Cebeci ilə tanınmış iş adamı, “Fənərbağça” klubunun prezidenti Sadettin Saran arasında narkotik vasitənin təmini barədə dialoqlar qeydə alınıb.
İddiaya görə, Saranın spikerə ünvanladığı “Səndə marixuana varmı?” sualına, Cebeci zarafatla “Mən Eskobaram?” cavabını verib. Yazışmaların davamında spikerin narkotik vasitəni böyük ehtimalla tapacağını bildirməsindən sonra tərəflərin görüşmək barədə razılığa gəldikləri bildirilir.
Bu faktlar əsasında istintaq tədbirlərin miqyası genişləndirilib.
S.Saranın İstanbuldakı evində və Çanaqqalanın Ayvacık rayonunda yerləşən fermasında genişmiqyaslı axtarışlar aparılıb, bəzi maddi sübutlar laboratoriyaya göndərilib.
Hazırda xaricdə olan S.Saran narkotik maddə satın almaq və saxlamaq ittihamı ilə ifadə vermək üçün prokurorluğa çağırılıb.
Xatırladaq ki, əməliyyat çərçivəsində bir sıra digər tanınmış şəxslərin də ifadələri alınıb. Faktla bağlı istintaq davam edir.teleqraf

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar