Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

AFFA Ayxan Abbasovla Saşa İliçi cəzalandırdı

Tarix: 04-12-2025 13:50     Baxış: 388 A- / A+

AFFA Ayxan Abbasovla Saşa İliçi cəzalandırdı

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb.
Manevr.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Mütəxəssis Misli Premyer Liqasının XIII turunda baş tutan "Şamaxı" – "Sumqayıt" oyununun 88-ci dəqiqəsində rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə cəzalandırılıb. O, 1 oyunluq diskvalifikasiya edilib, "Şamaxı" isə 2000 manat cərimələnib.
İntizam Komitəsi "Sumqayıt"ın baş məşqçisi Saşa İliçə daha ağır cəza verib. Mütəxəssis "Şamaxı" ilə matçda rəqib komandanın texniki zonasında qeyri-etik ifadə və ya hərəkətə görə 4 oyunluq diskvalifikasiya olunub. "Sumqayıt" klubu baş məşqçinin hərəkətinə görə 10 min manat cərimələnib.
Bundan əlavə, "Sumqayıt" 5 futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimə ödəyəcək.
XIII turun "İmişli" – "Sabah" oyununda azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə meydan sahibləri 3000 manat ziyana düşüb.
"Qəbələ" – "Araz-Naxçıvan" matçında isə meydan sahiblərinin futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. Onun hərəkətinə görə bölgə təmsilçisi 500 manat cərimələnib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar