Xəbər lenti 
					
 
		Bakı-Nabran avtobusunda partlayış - 5 yaralı

Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda partlayış baş verib.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, Bakıdan Nabrana gedən “Hyundai” markalı mikroavtobusda radiatorun partlaması nəticəsində 5 sərnişin ayaqlarından yanıq xəsarətləri alıb.
Hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobusun radiatorunda partlayış o qədər güclü olub ki, onun içərisindəki qaynar su salona daxil olub və nəticədə sərnişinlər xəsarət alıb.
Avtobus yararsız hala düşdüyü üçün sərnişinlər taksilərlə mənzil başına getməli olublar, xəsarət alanlar isə xəstəxanaya yerləşdiriliblər.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















