Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə batan gəmidə olan azərbaycanlıların kimliyi bilindi - YENİLƏNİB

Tarix: 07-01-2019 16:57     Baxış: 4302 A- / A+
Türkiyədə batan gəmidə olan azərbaycanlıların kimliyi bilindi - YENİLƏNİB

Türkiyənin Samsun bölgəsində azərbaycanlıların da olduğu gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.

Oxu.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Samsun valisi Osman Kaymak məlumat verib.

O qeyd edib ki, hadisə zamanı xilas edilən yeddi nəfərdən dördünün yaxınlıqdakı xəstəxanalarda müalicəsi davam etdirilir.

Xilas edilənlər arasında azərbaycanlıların olub-olmaması ilə bağlı məlumat yoxdur.

15:41

Samsunda batan Panama bayrağı altında üzən gəmi ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Oxu.Az xəbər verir ki, 1978-ci ildə inşa edilən 113 metrlik "Volgo Balt 214" adlı gəmi kömür ilə yüklü olub və hadisə zamanı iki yerə bölünüb.

Bundan başqa, gəmidə olan 13 nəfərin şəxsiyyəti məlum olub. Onlardan ikisi azərbaycanlıdır.

Bunlar 1972-ci il təvəllüdlü gəmi kapitanı İsmayılov Turbat və 1978-ci il təvəllüdlü kapitan köməkçisi İbrahimov Məmmədəlidir.

14:38

Türkiyənin Samsun bölgəsində batan gəmidən yeddi nəfər xilas edilib.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onlardan dördü xəstəxanaya yerləşdirilib.

İki nəfərin öldüyü qəzada göyərtədə olan iki nəfərin axtarışları davam edir.

14:25

Türkiyənin Samsun bölgəsindən 130 kilometr uzaqlıqda Panama bayrağı ilə üzən gəmi batıb.

Oxu.Az "CNN Türk"ə istinadən xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi Xidmətinin əməkdaşları helikopterlər vasitəsilə altı nəfəri xilas edib, iki nəfərin isə cəsədini aşkar edib.

Məlumatlara görə, gəmidə doqquzu Ukrayna, ikisi Azərbaycan və ikisi Rusiya vətəndaşı olmaqla, 13 nəfər olub. Onların xilas edilməsi prosesi davam edir.

Hadisənin səbəbləri məlum deyil. Xilasetmə işlərinə bir təyyarə, dörd helikopter, bir gəmi və iki qayıq cəlb edilib.

Manevr.az
Türkiyədə batan gəmidə olan azərbaycanlıların kimliyi bilindi - YENİLƏNİB
Türkiyədə batan gəmidə olan azərbaycanlıların kimliyi bilindi - YENİLƏNİB

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar