Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tanınmış həkim Şahdağa çıxarkən vəfat etdi

Tarix: 10-12-2018 07:13     Baxış: 3256 A- / A+
Tanınmış həkim Şahdağa çıxarkən vəfat etdi

Tanınmış həkim, Tibb Universitetinin sabiq müəllimi Mehdi Mehdiyev qəfildən keçinib.

Manevr.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə onun oğlu Aqşin Mehdiyev sosial şəbəkədə məlumat yayıb:

“Doktor Mehdi Mehdiyev Şahdağ dağında Heydər Əliyev zirvəsini hər il olduğu kimi bu dəfə də ziyarət edərkən zirvəyə qalxan yolda ürəyində yaranan infarktdan qəflətən keçinib. Mehdi doktor sabah 10 dekabr 2018-ci ildə ata yurdu Bərdə rayonunda son mənzilə yola salınacaq. Yas mərasimi Bərdə şəhərində olacaq. Dostlar sağ olsun”.

Mehdi Mehdiyev tibb və siyasət sferasında tanınan bir isim olub. Sağlam həyat tərzi keçirib, müntəzəm surətdə idmanla, xüsusi olaraq, dağ idmanı ilə məşğul olurdu.

M. Mehdiyev 1956-cı ildə anadan olub. Azərbaycan Tibb Universitetini bitiirb. Ölkənin tanınmış infeksionist həkimi idi. Onun fəaliyyət xəritəsi belə olub:

1980—1990 illər — Xaçmaz Mərkəzi Rayon Xəstəxanası, İnfeksion Xəstəliklər Şöbəsinin müdiri;

1993—1995 illər — İran İslam Respublikası, Həmədan şəhəri, Ümumi həkim(GP);

1995—2009 illər — Azərbaycan Tibb Universiteti, Yoluxucu Xəstəliklər Kafedrasının assistenti;

2009-cu ildən son gününə qədər Mərkəzi Gömrük Hospitalı, həkim-infeksionist;

M. Mehdiyev zamanında “Yeni Müsavat” qəzetində də məqalələrlə çıxış edib.

Allah rəhmət eləsin.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar