Sizin Reklam Burada
Xəbər lenti
08-09-2026
07-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda kababçı kababı bəyənməyən müştərini bıçaqladı

Tarix: 29-10-2018 21:23     Baxış: 2280 A- / A+
Azərbaycanda kababçı kababı bəyənməyən müştərini bıçaqladı

Quba rayonunda kafelərdən birində bıçaqlanma olub.


Manevr.az
report-a istinadən xəbər verir ki, kafenin kababçısı Bəhram Cəfərovla müştərisi, Quba şəhər sakini, 1986-cı il təvəllüdlü Səxavət Zalı oğlu Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zəminində kababçı müştərini bıçaqlayıb.

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, S.Hüseynov sağ qabırğaaltı nahiyəsinin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, kafenin daimi müştərisi olan Səxavət Hüseynov kabab sifariş verib və stola gələn kababı bəyənməyib. O, kafenin sahibini çağırıb və şikayət edib. Kafenin müdiri kababçını çağıraraq hər kəsin önündə danlayıb. Bundan qəzəblənən kababçı daha sonra müştəriyə yaxınlaşıb və onunla mübahisə edib. Mübahisə zəminində S.Hüseynov bıçaqlanıb.

Qeyd edək ki, kafenin kababçısı əvvəllər məhkum olunub.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar