Xəbər lenti
Bakıda məktəbdə 11-ci sinif şagirdi ilə cinsi əlaqədə olan qızdan XƏBƏR VAR

Ötən ilin fevralında Bakı şəhəri, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində 11-ci sinf şagirdi Rzayev Cavidanla cinsi əlaqədə olan 7-ci sinif şagirdi məktəbdən azad edilib.
Manevr.az xəbər verir ki, bu barədə a24.az-a sözügedən təhsil müəssisəsindən verilən məlumatda deyilir. Bildirilib ki, məktəbli qız anasının istəyi ilə azad edilib. Onun hazırda Bakıdakı özəl məktəblərdən birində təhsil aldığı bildirilir.
"O uşaq bizim məktəbin psixoloqlarına tez-tez müraciət edirdi. Həmin qıza qarşı məktəbdə heç bir pis münasibət olmayıb. Ümumiyyətlə, o uşaq öz sözünü deyən, hər kəsə qaynayıb-qarışan qız idi".
Qeyd edək ki, Təhsil Kompleksinin 11-ci sinfində oxuyan şagirdi Rzayev Cavidan Siyavuş oğlu 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.
Baş vermiş hadisə ilə bağlı aidiyyəti orqanlara şikayət daxil olub və Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.
C.Rzayev saxlanılaraq məsuliyyətə cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
https://www.youtube.com/watch?time_continue=1&v=eKfdghKrLNk
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























