Xəbər lenti
Yol qəzasında xəsarət alan Gürcüstan vətəndaşları ilə bağlı YENİ XƏBƏR
“Azərbaycanda avtobus qəzası nəticəsində xəsarət almış Gürcüstan vətəndaşlarının vəziyyəti stabildir”.
Manevr.az-ın məlumatına görə, bunu Gürcüstanın Şida Kartli bölgəsinin qubernatoru Akaki Maçutadze deyib.
O bildirib ki, avtobusun sürücüsü və Qori şəhərinin 3 saylı məktəbinin bir şagirdi xəstəxanadadır: “Onların hər ikisinin sınıqları və kəsik xəsarətləri var. Xəsarət almış digər sərnişinlər yaxınlıqda yerləşən tibb müəssisəsində ambulator yardım alıblar”.
A. Maçutadze qeyd edib ki, Gürcüstanın Azərbaycandakı səfirliyi sərnişinlərin Bakıya çatdırılmasını təmin edəcək.
Qeyd edək ki, bu gün günorta saatlarında Bakı-Qazax yolununun Hacıqabul rayonu ərazisindən keçən hissəsində Tiflisdən Bakıya doğru hərəkət edən turist avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşub. Avtobusun sərnişinləri Bakıya ekskursiyaya yollanan Gürcüstanın Qori şəhərinin orta məktəb şagirdləri və onları müşayiət edən valideynlər olub.
Avtobusda olan 20 şagird və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar