Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Polis məktəb direktorunun həyətindən silah-sursat tapdı - saxlanılanlar var

Tarix: 23-05-2018 16:30     Baxış: 5860 A- / A+
Polis məktəb direktorunun həyətindən silah-sursat tapdı - saxlanılanlar var

Ağdamda məktəb direktorunun həyətində aşkarlanan silah-sursatla bağlı aparılan araşdırmalar nəticəsində saxlanılanlar var.

Manevr.az apa-ya istinadən xəbər verir ki, bu il fevralın 9-da Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1-ci Yüzbaşılı kənd məktəbinin direktoru Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan 2 ədəd - "İJ" və "TOZ-8" markalı tüfənglər, 1 ədəd "Naqan" markalı tapança, 2 ədəd "F-1" qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Araşdırmalar nəticəsində məlum olub ki, P. Zeynalovun həyətindən aşkarlanan silah-sursat, kənd məktəbində müəllim işləyən Vüsal Əliyev, onun bacısının həyat yoldaşı rayonun Baharlı kənd sakini Rizvan Mirzəliyev və Elnur Vaqifoğlu tərəfindən basdırılıb.

Məlumata görə, R. Mirzəliyevin həyətinə baxış keçirib. V. Əliyev, R. Mirzəliyev və E. Vaqifoğlu saxlanılıb. Araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar