Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Uşağımı abort etdirib" - - Kəmalə Ağazadəyə ŞOK İTTİHAM

Tarix: 17-05-2018 13:10     Baxış: 4421 A- / A+
 "Uşağımı abort etdirib" - - Kəmalə Ağazadəyə ŞOK İTTİHAM

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Manevr.az report.az-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Elan olunmuş ittiham üzrə K.Ağazadə özünü təqsirli bilmədiyini deyib.

Daha sonra zərərçəkmiş Həcər Kəngərli ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Söyləyib ki, onunla barışıq üçün heç bir cəhd edilməyib.

K.Ağazadənin vəkili Aqil Layıcov isə qeyd edib ki, istintaq dövründə H.Kəngərliyə barışıq və 3600 manat pulun ödənilməsi təklif edilib. Lakin H.Kəngərli bunu qəbul etməyib.

Zərərçəkmiş H.Kəngərli isə belə bir təklif almadığını deyib.

Vəkil A.Layıcov zərərçəkmişə sula verib ki, "əgər sizə dediyiniz zərər ödənilərsə, o zaman Kəmalə xanıma qarşı şikayətiniz olacaqmı?"

Zərərçəkmiş H.Kəngərli isə "kim nə əməl edibsə, cəzasını almalıdır" cavabını verib.

Məhkəmədə zərərçəkmiş H.Kəngərli K.Ağazadəyə qarşı daha bir iddia səsləndirib. O bildirib ki, K.Ağazadə onun övladını abort etdirib: "Kəmalə Ağazadə insan alverinə qarşı mübarizə apardığını söyləyir. Amma mənim özüm, övladım insan alverinin qurbanı olduq. Mənim övladım abort edilərək tələf olub. Bunun səbəbkarı və günahkarı da Kəmalə Ağazadədir".

K.Ağazadə zərərçəkmişin bu dediklərini təəccüblə qarşılayıb.

Vəkil A.Layıcov məhkəməyə müraciət edib. Bildirib ki, zərərçəkmişin bu iddiasının araşdırılması üçün xüsusi qərar çıxarılsın.

Hakim isə qeyd edib ki, bu işin hazırda araşdırılan cinayət işi ilə heç bir əlaqəsi olmadığı üçün baxıla bilməz.

Zərərçəkmiş H.Kəngərli 3600 manat pulu K.Ağazadəyə verməsinin səbəbi barədə də ifadə verib. O, daha əvvəl K.Ağazadənin təşkilatında layihədə işlədiyini deyib: "Kəmalə xanım həmin layihənin uzadılması üçün Səhiyyə Nazirliyinə rüşvət veriləcəyini demişdi. Biz də bu işdən maaş aldığımız üçün istənilən məbləği verdim".

Məhkəmədə digər zərərçəkmiş Mahirə Sadıqova da ifadə verib. O bildiirb ki, K.Ağazadənin rəhbərlik etdiyi təşkilatda sosial işçi, daha sonra isə psixoloq kimi işləyib.

M.Sadıqova söyləyib ki, K.Ağazadə ondan 2100 manat pul alıb: "Həmin pul Səhiyyə Nazirliyinə rüşvət kimi veriləcəkdi. Yəni Kəmalə Ağazadə bu məqsədlə bizdən alıb. Çünkü çalışdığımız layihə daha bir neçə uzadılmalı idi".

Zərərçəkmiş M.Sadıqova ona dəymiş zərərin ödənildiyini bildirib.

Məhkəmə iclası davam etdirilir.

İttiham aktına əsasən, QHT sədri öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə edib, özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşlara rüşvət verməyə təhrik edib.

Bundan başqa, o, vətəndaşı xidməti vəzifəsinin icrası ilə əlaqədar ediləcək hərəkətin müqabilində səlahiyyətli vəzifəli şəxsə rüşvət verməyə təhrik edib və həmin əməli təkrarən törədib.

Belə ki, K.Ağazadə 1998-ci ilin oktyabr ayından hazırkı vaxtadək Azərbaycan Uşaqları Birliyinin sədri vəzifəsində işləyərkən Səhiyyə Nazirliyi HİV/AİDS, vərəm və malyariya ilə mübarizə proqramının Layihə Əlaqələndirmə Bürosu və Səhiyyə Nazirliyi arasında Qlobal Fondun "Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və mülicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epidemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi" lahiyəsinin tətbiqi üçün 2015-ci ilin avqust ayının 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə 5 ay müddətinə göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb. Həmin müqvilənin müddəti bitdikdən sonra o, Səhiyyə Nazirliyində işləyən aidiyyətı vəzifəli şəxsə rüşvət verməklə əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına və bunun əsasında onlarla yenidən xidmət müqaviləsi bağlayacağının mümkün olduğunu bildirib.

K.Ağazadə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin işi həll edəcəyini yalandan vəd verib. O, 2015-ci ilin sentyabr və oktyabr ayında Azərbaycan Uşaqları Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla Həcər Kəngərlidən 3600 manat, Mahir Bayramovdan 2100 manat və Mahirə Sadıqovadan 2100 manat olmaqla, ümumilikdə, 7800 manat məbləğində pul alıb, özünün şəxsi ehtiyaclarına xərcləyib.

K.Ağazadə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.

Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar