Xəbər lenti
Arvadı 2 kişi ilə sevişdi, gizlicə otağa girdi, sonra... - Şamaxıda ərdən insanı ŞOKA SALACAQ ƏMƏL
Şamaxı rayonunda qısqanclıq zəminində əmisi oğlunu öldürməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü Famil Hidayətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Famil Hidayətov əmisi oğlu Şəmsəddin Hüseynovun və qonşusu Sadiq Mikayılovun arvadı Kəmalə ilə gizlin intim münasibətdə olduğunu zənn edib. O, düşünüb ki, qonşusu Sadiq Mikayılov bu məsələni bildiyi üçün onu öldürəcək.
Buna görə də Famil Hidayətov arvadı ilə intim münasibətdə olan həm əmisi oğlundan, həm də qonşusundan qisas alaraq, onları öldürmək qərarına gəlib.
Əmisi oğlu ilə arvadının intim münasibəti
Famil Hidayətov 2017-ci ilin aprelin ortalarından etibarən axşam saatlarında yaşadıqları Şamaxı rayonunun Göylər kəndində yerləşən fərdi yaşayış evindən çıxıb və müxtəlif istiqamətlərdə getdikdən sonra ailə üzvləri tərəfindən tapılaraq evə qaytarılıb.
Aprelin 17-də, axşam saat 23-də Famil Hidayətov yenidən yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib. O, qardaşı Nail Hidayətov və əmisi oğlu İlham Hüseynovun kəndarası yollarda onu axtardığını görüb.
Qətl planı və əlverişli zamanı gözlədi
Bu səbəbdən o, yaşadıqları evin həyətinə qayıdaraq gizlənib. Famil Hidayətov əmisi oğlu Şəmsəddin Hüseynovu öldürmək üçün əlverişli şəraitin yaranmasını gözləyib.
Əmisi oğlunu öldürdü
Famil Hidayətov aprelin 18-də, saat 01-də Şəmsəddin Hüseynovun evdə tək qalan anası Güllüyə baş çəkmək üçün həyətlərinə girdiyini görüb. O, evin birinci mərtəbəsində yerləşən otağa daxil olan Şəmsəddin Hüseynovun arxasınca həmin otağa daxil olub.
Famil Hidayətov əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla Şəmsəddin Hüseynovun döş qəfəsinin və qarın nahiyəsinin sol tərəfinə üç zərbə vurub. Şəmsəddin Hüseynov aldığı zərbənin təsirindən ölüb.
Qonşusunun qapısını döydü, açan olmadı
Daha sonra Famil Hidayətov həmin gecə, saat 01.30-da arvadı ilə intim münasibətdə olduğunu və onu öldürəcəyini zənn etdiyi qonşusu Sadiq Mikayılovdan qisas alaraq, onu qətlə yetirmək qərarına gəlib.
Bu məqsədilə Famil Hidayətov onun yaşadığı evin həyətinə gedərək, giriş qapısını döyüb. Sonra Famil qapının açılmasına nail olmaq üçün Sadiq Mikayılov çağırsa da, Sadiq Mikayılovun onun səsini tanıyaraq qapını açmadığını görüb.
Evin pəncərələrini sındırdı
Bundan əsəbiləşən Famil Hidayətov evin birinci mərtəbəsində olan pəncərəni təpiklə vuraraq açıb. Sonra əlində bıçaq tutmuş vəziyyətdə evin içərisinə daxil olmaq istəyib.
Bu zaman Sadiq Mikayılov əvvəlcədən evin içərisinə qoyduğu dəmir boru ilə ona fəal fiziki müqavimət göstərib və onun evə daxil olmasına imkan verməyib.
Bundan sonra Famil Hidayətov Sadiq Mikayılovu pəncərənin digər tərəfindən bıçaqla bir neçə dəfə vurmaq istəsə də, bunu bacarmayıb.
Azyaşlıların gözlərin qarşısında amansız olay
Daha sonra Famil Hidayətov həmin həyətdə olan mişar daşını götürüb və digər tərəfdə yerləşən pəncərəni sındırmaqla evə girib.
Evə daxil olan Famil Hidayətov bıçaqla evdə olan Sadiq Mikayılovun azyaşlı oğlu, 2006-cı il təvəllüdlü Abdul Mikayılovun və azyaşlı qızı, 1997-ci il təvəllüdlü Qumru Mikayılovanın gözü qarşısında Sadiq Mikayılovu xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd göstərib.
Polis zabiti ağır cinayətin törədilməsinin qarşısını aldı
Bu səs-küyə yaxınlıqda olan Şamaxı rayon polis şöbəsinin sahə rəisi, polis leytenantı İlkin Qasımov gəlib. Polis zabiti Famil Hidayətovu rezin dəyənəklə vurub, əlində olan bıçağı yerə salıb. Polis zabitinin müdaxiləsi nəticəsində Famil Hidayətov Sadiq Mikayılovu öldürə bilməyib, onun iki və daha çox şəxsi öldürmək planını qarsısın alınıb.
Polis və prokurorluq əməkdaşları Famil Hidayətovu saxlayaraq, istintaqa təhvil veriblər. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Üç maddəli cinayəti işi
İstintaq orqanı tərəfindən Famil Hidayətovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmək) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmək) maddəsi ilə ittiham elan edilib.
Dəhşətli cinayətlərin səbəbkarı dəli çıxdı
Onun barəsində olan cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əfqan Hacıyevin sədrliyik etdiyi kollegiyada araşdırılıb.
Hakim kollegiyası Famil Hidayətovun cinayəti törədərkən anlaqsız vəziyyətdə olması nəticəsinə gəlib. Famil Hidayətovun cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilib və onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunub. Ona ixtisaslaşdırılmış psixiatriya stasionarda məcburi müalicə təyin edilib.
Zərərçəkmiş tərəfin narazılığı
Bu qərardan zərərçəkmiş Şəmsəddin Hüseynovun hüquqi varisi Sədayə Hüseynova apelyasiya şikayəti verib. O, iş üzrə təkrar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi, Famil Hidayətovun anlaqlı müəyyən etdikdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını ləğv edilməsini və Famil Hidayətova törətdiyi cinayət əməlinə görə ən ağır cəza təyin olunmasını istəyib.
Zərərçəkmiş tərəfin şikayəti Sumqayıt Apelyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim heyəti zərərçəkmiş tərəfin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarıb.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar