Xəbər lenti
İcra başçısı qarovulçunu döyüb burnunu sındırdı, şəhidin ruhuna söydü (VİDEO)
Zərərçəkənin dediyinə görə icra başçısı qəfildən onun sifətinə zərbələr endirməyə başlayıb, burnunu sındırıb. Bu vaxt qardaşı onu icra başçısının əlindən almağa çalışıb.
Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev bir neçə gün əvvəl rayonda yeni tikilməkdə olan Olimpiya İdman Kompleksinin qarovulçusu Rahil Əliyevi şəxsən döyüb, burnunu sındırıb və ona ağır söyüşlər yağdırıb.
Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, icra başçısının döydüyü Rahil Əliyev başına gələnləri sosial şəbəkələrdə yayılmış videoyazıda danışır.
Onun sözlərinə görə qarovulçuluq etdiyi tikinti sahəsində üç dəmir konstruksiyanın guya oğurlandığı haqda icra başçısına xəbər çatıb. Əslində isə həmin konstruksiyaları tikintini aparan şirkət özü təmir etdirmək üçün Bakıya, zavoda geri qaytarmışdı.
Rahil Əliyev deyir ki, icra başçısı polisin müşaiyəti ilə gözlənilmədən tikinti ərazisinə gəlib. Bu zaman icra başçısı bərk sərxoş vəziyyətdə olub və hətta ayaq üstə güclə durumuş.
Rayon başçısı qarovulçunu ağır söyüşlərlə söyüb təhqir etməyə başlayıb, ondan dəmir konstruksiyaların hara yoxa çıxdığını soruşub. Qarovulçunu oğru adlandırıb və onu "dama basdıracağını” deyib. Rahil Əliyev icra başçısına izah etməyə çalışıb ki, dəmir konstruksiyaları heç kim oğurlamayıb, onları şirkət özü təmir üçün Bakıya aparıb və qaytarıb geri gətirəcək.
"Ancaq o məni eşitmək istəmədi, başladı qışqırmağa. Özümü, valideyinlərimi pis söyüşlərlə söydü. Dedim xahiş edirəm söymə, mənim şəhidim var. Buna da məhəl qoymadı, bu dəfə şəhidimin ruhunu ağır söyüşlərlə təhqir etdi...”-Rahil Əliyev danışır.
Zərərçəkənin dediyinə görə icra başçısı qəfildən onun sifətinə zərbələr endirməyə başlayıb, burnunu sındırıb. Bu vaxt Rahil Əliyevin qardaşı onu icra başçısının əlindən almağa çalışıb. Amma müvəffəq ola bilməyib. Vaqif Abdullayev tərəfindən döyülən qarovulçu bir litr yarım qan itirib. O deyir ki, hətta işə Bakıdan idman və gənclər naziri qarışıb, icra başçısına telefonla deyib ki, dəmir konstruksiyalar oğurlanmayıb və şirkət tərəfindən təmirə aparılıb. Lakin icra başçısı buna da məhəl qoymayıb.
İcra başçısı qarovulçunu döyəndən bir gün sonra şirkət Bakıdan dəmir konstruksiyaları qaytarıb. Rahil Əliyev qardaşı ilə birlikdə daha sonra polisə aparılıb, orada icra başçısı bu dəfə mobil telefonunu Əliyevin qardaşının başına çırpmaq istəyib. Amma telefon hədəfə dəyməyib və yerə dəyərək parçalanıb.
"Məni döysəydi, söysəydi, bunu bağışlayardım. Amma şəhidimə, Elçin Gəray oğlunu söydüyünə görə onu bağışlamayacam”-Rahil Əliyev deyir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar