Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Mənə borcu qarşılığında arvadını təklif etdi” – Öz xalası oğlunu öldürdü

Tarix: 20-04-2018 15:15     Baxış: 3226 A- / A+
“Mənə borcu qarşılığında arvadını təklif etdi” – Öz xalası oğlunu öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində qaynı olan xalası oğlunu öldürməkdə təqsirləndirilən Seymur Abıyevin məhkəməsi başa çatıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosessdə Seymur Abıyev 18 il müddətinə azadlıqdan məhrum edilib. S.Abıyev Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar sürətdə köməksiz olan afamı öldürmə) maddələri ilə təqsirli bilinib.

S.Abıyev ötən ilin avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində qaynı Amin Bayramovu qətlə yetirərək həyətində basdırıb.

Təqsirləndirilən şəxs Amin Bayramovu öldürməsinin səbəbini belə danışıb:

“Mənə borcu var idi. Söhbət edəndə dedi ki, “arvadımdan xoşun gəlir?”. Mən də bunu başa saldım ki, ayıbdır, bu yaxşı hərəkət, danışıq deyil. Onu başa saldım. Sonra gedib adama bir pivə aldıq. İçəndən sonra yenə mənə olan borcunun qarşılığında arvadını təklif etdi. O an beynim çöndü. Dəmiri yerdən götürüb, bir neçə dəfə vurdum. Elə vuran kimi də öldü. Həyətdə yer qazıb basdırdım”.

Məlum olub ki, S.Abıyev Amin Bayramovun xanımına zəng edərək ondan xoşu gəldiyni deyib. Amma S.Abıyev məhkəmədə bunun doğru olmadığını söyləyib.

Məhkəmədə mərhumun xanımı da ifadə verib. Qadın deyib ki, hadisədən 2 ay əvvəl Seymur Abıyev ona zəng edib.
Suallara cavab verən şahid Seymur Abıyevin onunla qohum kimi zəng edib danışdığını söyləyib. Şahid S.Abıyevin ona yaxın münasibətdə olmağı təklif etmədiyini deyib. Amma məlum olub ki, şahid yalan danışır. Çünki o, istintaqa ifadəsində S.Abıyevin ona zəng edərək görüşmək istədiyini, yaxın münasibətdə olmaq istədiyini deyib.

Şahid məhkəmənin xəbərdarlığından sonra doğru danışacağını, amma mərhumun atasından utandığını deyib. Mərhumun atası zaldan çıxmaq təklifi ilə razılaşıb.

Daha sonra qətlə yetirilən Amin Bayramovun xanımı S.Abıyevin qətlin səbəbi kimi dediklərinin yalan olduğunu söyləyib. O, bildirib ki, yoldaşı onu S.Abıyevə borc qarşılığında təklif etməyib.

Suallara cavab verən şahid S.Abıyevin ona bir neçə dəfə münasibətdə olmağı təklif etdiyini, lakin bunu həyat yoldaşına söyləmədiyini deyib.

Qadın bu hərəkətinin səbəbini belə izad edib ki, onlar arasında dava düşəcəyindən qorxub. Şahid S.Abıyevin ona zəng etməsi barədə yalnız öz anasına xəbər verdiyini qeyd edib. Yenicag.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar