Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda yol qəzası nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb - FOTO

Tarix: 12-03-2018 09:48     Baxış: 3284 A- / A+
Sumqayıtda yol qəzası nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb - FOTO
Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Manevr.az report.az-a istinadən bildirir ki, şəhərin 9-cu mikrorayonu ərazisində "Hyundai" markalı avtomobillə "50-BY-671" dövlət qeydiyyat nişanlı "Oka"nın toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.
Ölən şəxslər "Oka"nın 1991-ci il təvəllüdlü sürücüsü Həsənov Eldar Cəmşid oğlu və onun hazırda adı hələ ki, məlum olmayan sərnişinidir. Onların avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməkliyi ilə çıxarılıb.
Yaralılar, eləcə də, "Hyunday"ın sürücüsü ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-ya aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar