Xəbər lenti
Velosipedə təpik atan gənc 2 aylıq körpənin ölümünə səbəb oldu - FOTO

Velosipedə təpik atan 19 yaşlı oğlan 2 aylıq körpənin ölümünə səbəb olub.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib. Belə ki, 2 ay əvvəl Suriyadan qaçaraq Adanaya qohumlarının yanına gələn Mənsur ailəsi ziyarətdən qayıdarkən bədbəxt hadisə nəticəsində 2 aylıq M.Əsma adlı qızını itirib. İçkili vəziyyətdə yol ilə gedən 5 nəfər gənc velosipedə təpik atıb. Müvazinətini itirən M.Zeynəb qucağında körpəsi ilə yerə yıxılıb.
Hadisəni törədənlərin kimliyini aşkarlamaq məqsədilə axtarışlara başlayan Adana polisi nəhayət təhlükəsizlik kameraları vasitəsilə şübhəli bilinən 5 nəfəri saxlayıb. Ailə onların həmin şəxslər olduğunu təsdiqləyib. Məlum olub ki, velosipedə təpik atan 19 yaşlı B.Əbdülkərim olub.
Polisə ifadəsində içkili olduğunu deyərək, törətdiyi əməli etiraf edib: "Çox içmişdik. Yoldan keçən velosipedə təpik atdım. Özümdə deyildim. Körpənin ağlamaq səsini eşidəndə qorxub qaçdıq".
Gənclər haqqında qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başladılıb.
Hadisə nəticəsində 2 aylıq körpə kəllə beynin travması alıb. Həkimlər 2 gün mübarizə aparsa da, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar