Sizin Reklam Burada
Xəbər lenti
23-11-2026
21-11-2026
BÜTÜN XƏBƏRLƏR

Qarabağ Universitetinin tələbələri qız üstündə dalaşdı, oğlanı qovdular

Tarix: 23-11-2026 17:55     Baxış: 334 A- / A+

Qarabağ Universitetinin tələbələri qız üstündə dalaşdı, oğlanı qovdular 

Qarabağ Universitetinin tələbələri qız üstündə dalaşıblar. 
Manevr.az lent.az-a istinadən xəbər verir ki, hadisə universitetinin Biznes və iqtisadiyyat fakültəsinin II kurs tələbələri arasında baş verib.
Təbriz Muradov (ad və soyad şərtidir) universitetdə təhsil alan Sevda (ad şərtidir) adlı qızla dostluq münasibəti qurmaq istəyib. Lakin tələbə yoldaşı Sadiqin (ad şərtidir) həmin qızla yaxın münasibət yaratması gənclər arasında davaya səbəb olub. 
Faktla bağlı cinayət işi açılıb, istintaq yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib. 
Məhkəmədə müəyyən olunub ki, Təbriz Sadiqin Sevda ilə yaxınlıq etməsinə əsəbiləşib, məsələni aydınlaşdırmaq üçün Sadiqi Xankəndidə yerləşən “Al market”in yaxınlığındakı körpünün yanına söhbətə çağırıb. Görüş zamanı Təbriz Sadiqin sifətinə yumruq vurub. 
Təbriz ifadəsində bildirib ki, hadisədən sonra Sadiq tələbə yoldaşlarının yanına gedərək Təbrizin onu döydüyünü və digər tələbə yoldaşlarını da təhqir etdiyini deyib. Bundan sonra tərəflər məsələni yenidən aydınlaşdırmaq üçün bu dəfə Xankəndidə fəaliyyət göstərən “Həkəri” restoranında görüşüblər. 
Sadiq ifadəsində bildirib ki, “Həkəri” restoranında yenidən görüşəndə Təbriz digər tələbə yoldaşlarının yanında onun ünvanına nalayiq ifadələr işlədib, onu nüfuzdan salmağa çalışıb.  
Təbriz bu ittihamları qəbul etməyib. O, restoranda heç kimi təhqir etmədiyini, görüşün yalnız kimin doğru danışdığını müəyyənləşdirmək məqsədi daşıdığını bildirib. Təbriz baş verənlərdən peşman olduğunu desə də, özünü təqsirli hesab etməyib.
Hazırda Qarabağ Universitetindən xaric olunduğunu bildirən Sadiq Təbrizi bağışlamadığını və onunla barışmaq istəmədiyini vurğulayıb. 
O, məhkəmədən Təbrizin inzibati qaydada həbs edilməsini istəyib.
Məhkəmə Təbrizi İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 510.1-ci (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 350 manat məbləğində cərimə edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar