Masallı rayonunda bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs 4 gün sonra ölüb. Manevr.azxəbər verir ki, usta kimi işlədiyi evdə elektrik cərəyanı vurması nəticəsində xəsarət alan 1976-cı il təvəllüdlü Fuad Kərimovun halı 4 gün sonra kəskinləşib. O, yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən yolda vəfat edib. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.