Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib?

Tarix: 04-11-2026 23:29     Baxış: 314 A- / A+
Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib?
Şəhid anasının həyatını itirdiyi ağır qəzanın bəzi təfərrüatı məlum olub.

Goranboy rayonunun Todan kənd sakini, şəhid anası Naqilə Həsənəliyevanın həlak olduğu qəza zamanı avtomobildə daha iki nəfər olub.

Hadisə günü mərhum Todan kənd icra nümayəndəsinin müavini və digər bir kənd sakini olan qadınla birlikdə Gəncə şəhərindən şəhid ailələri ilə görüşdən qayıdırmış.

Belə ki, Todan kəndində "Niva" markalı avtomobilin sürücüsü digər sərnişin olan qadını düşürmək üçün nəqliyyat vasitəsini saxlayıb. Sərnişinin avtomobildən düşməsinə kömək etmək məqsədilə sürücü də maşından enib.

Hər iki şəxs avtomobildən düşdükdən sonra nəqliyyat vasitəsi qəfil hərəkətə gələrək dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, hadisə nəticəsində həyatını itirən Naqilə Həsənəliyeva 1991-ci ildə, 6 yaşında şəhid olan Sirac Həsənəliyevin anasıdır. Faktla bağlı araşdırma aparılır. baku.ws

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar