Sizin Reklam Burada
Xəbər lenti
02-11-2026
01-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana 1 milyon gətirən kişi TUTULDU: oğlunun toyuna gəlirdi

Tarix: 02-11-2026 20:28     Baxış: 330 A- / A+
Azərbaycana 1 milyon gətirən kişi TUTULDU: oğlunun toyuna gəlirdi
Rusiyanın Həştərxan hava limanında gömrük əməkdaşları 64 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar. O, Rusiyadan Bakıya bəyan edilməmiş pul vəsaiti çıxarmağa cəhd edib.
Manevr.az-ın modern.az-a istinadən xəbərinə görə, sərnişin “yaşıl dəhliz”dən keçərkən şalvarının cibində 1 milyon rubl (təxminən 21 min 118 manat) aşkar edilib. Kişi bildirib ki, bu pulu oğlunun toyuna hədiyyə aparmaq üçün hazırlayıb və məbləği bəyan etməli olduğunu bilməyib.
Azərbaycanlı barəsində Rusiya İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi ilə iş açılıb. Həmin maddə nağd pul vəsaitlərinin bəyan edilməməsini və ya yanlış bəyan edilməsini nəzərdə tutur.
Kişiyə 10 min ABŞ dolları ekvivalentində olan 840 min rubl (17 739 manat) geri qaytarılıb, qalan 160 min rubl (3378 manat) isə müsadirə edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar