Sizin Reklam Burada
Xəbər lenti
26-10-2026
25-10-2026
BÜTÜN XƏBƏRLƏR

"Tez qaçın, polis gəlir!” – Mərdəkan çimərliyindəki qətlin sirləri açılır

Tarix: 26-10-2026 22:51     Baxış: 382 A- / A+
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Bakıda kütləvi dava zamanı baş verən qətldə təqsirləndirilənlər - Süleymanov Mətləb, Dəyanət Məhərrəmov, Abbasov Ələkbər, Abbasov Samirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid R.Ə. hadisə günü Samir Abbasovun ona zəng etdiyini bildirib: "Samir sinif yoldaşım olub. Dedi ki, dəniz kənarında məclis var, görüşüb gedək. Axşam görüşüb taksi ilə məkana getdik. Çatanda axşam saat 10-11 olardı. İçəri keçib yer tapıb əyləşdik. Elə təzəcə oturmuşduq ki, "buradadır, buradadır", - deyə çığırırdı. Tez çölə çıxdıq. Gördük ki, aləm qarışıb, hamı qaçaqaçdadır.

Kiminsə "tez qaçın, polis gəlir", - deyərək qışqırdığını eşitdik. Gördüm, Samirin maşını hazır vəziyyətdədir. Məni görən kimi dedi ki, min maşına, tez gedək buradan. Mətləbi ancaq o zaman görmüşəm. Uşaqlarla maşına minib obyektdən aralandıq. Dedi, gəl, tez, gedək. Aeroport yoluna çatanda Dəyanət ayağından bıçaqlandığını dedi. Necə baş verdiyini soruşanda dedi ki, yerdə uzanan dalaşdığımız oğlan onu bıçaqlayıb".

Şahid M.Əş təqsirləndirilənlərdən ancaq Samiri tanıdığını deyib: "Mən davanın  uzaqdan şahidi olmuşam. Kimin kimi vurduğunu görməmişəm. Səs-küyə çıxanda, artıq dava bitmişdi".

Növbəti proses noyabrın 16-sı saat 17:00-a təyin olunub.

Xatırladaq ki, 2025-ci il iyunun 18-də Mərdəkan çimərliyində kütləvi dava zamanı Süleymanov Mətləb tanışları Adil adlı şəxsi bıçaqlayaraq qətlə yetirib. Hadisə ilə bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb, Süleymanov Mətləb Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirləndirilərək həbs olunub.

Hadisə yerində olan Abbasov Ələkbər, Məhərrəmov Dəyanət, Abbasov Samir isə Cinayət Məcəlləsinin 221.2.1, 221.3 maddələri ilə barələrində həbs olmayan qətimkan tədbiri seçilib. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar