Sizin Reklam Burada
Xəbər lenti
22-10-2026
21-10-2026
BÜTÜN XƏBƏRLƏR

Tacikistandan gələn sahibkar oğlu tərəfindən öldürüldü

Tarix: 22-10-2026 14:33     Baxış: 355 A- / A+
Tacikistandan gələn sahibkar oğlu tərəfindən öldürüldü
Bakıda tələbə Ayxan Vəlizadənin atasını qətlə yetirməsinin təfərrüatı məlum olub.
Manevr.az oxu.az-a istinadla xəbər verir ki, qətlə yetirilən İftixar Vəlizadə 2005-ci ildə ailə həyatı qurub və bir müddət sonra Tacikistana köçüb. O, uzun müddət Tacikistanda yaşayıb. Orada xırda ticarətlə məşğul olan İftixar daha sonra biznesini genişləndirib və istehsalçı sahibkar kimi fəaliyyətini davam etdirib. O, Tacikistanda vafli istehsalı sexi açıb.
2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar İftixarın biznesi çöküb və o, 5 uşağı və həyat yoldaşı ilə Azərbaycana qayıdıb. İftixar Vəlizadə Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda, valideynləri ilə birlikdə yaşamağa qərar verib. Biznesi çökən sahibkar psixoloji gərginlik keçirib və əsəb xəstəliyinə tutulub. Bundan sonra isə İftixar mütəmadi spirtli içki qəbul etməyə başlayıb. Hər gün sərxoş vəziyyətdə evə gələn İftixar ailəsi ilə mübahisə etməyə başlayıb. Sonuncu dəfə o, evinə gələrkən böyük qızının küçədə oğlanla söhbət etdiyini görüb. O, evdə buna görə dava salıb və qızını döymək istəyib. Həmin vaxt evdə olan oğlu, Azərbaycan Idman Akademiyasının sağlamlıq və menecment fakültəsinin 1-ci kurs tələbəsi Ayxan Vəlizadə buna mane olmağa çalışsa da, İftixar sakitləşməyib. O, əvvəlcə stolda olan şüşə qabı qızına atıb, sonra isə taxta parçası ilə onu döyməyə başlayıb. Ayxan isə atasının bu hərəkətlərinə mane olmağa çalışıb. İftixar bundan əsəbiləşərək mətbəxə keçib, bıçağı götürüb bütün ailə üzvlərinə hücum edib. Bu vaxt Ayxan atasının qarşısına keçərək, niyə belə əsəbiləşdiriyini soruşub. İftixar isə oğluna - "Get əxlaqsız anan və bacından soruş", - deyib. Atasının ailə üzvlərinə əxlaqsız deməsindən əsəbiləşən Ayxan bıçağı alaraq ona 4 dəfə zərbə endirib. Nəticədə İftixar ölüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ayxan Vəlizadə saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, Ayxan Vəlizadənin cinayəti qəsdən adam öldürmə deyil, zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə cinayətidir. Məhkəmə belə qənaətə gəlib ki, Ayxan özünü və ailə üzvlərini müdafiə edərkən zəruri müdafiə həddini aşmaqla atasını öldürüb. Buna görə də onun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə Ayxan Vəlizadə 1 il 6 ay azadlıqdan məhrum edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar