Xəbər lenti
Sürix-Şanxay təyyarəsi Bakıya məcburi eniş etdi

“SWISS” aviaşirkətinə məxsus Sürix–Şanxay reysini yerinə yetirən sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib.
Manevr.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 19-da SWR-188 reysini həyata keçirən hava gəmisinin kapitanı sərnişinlərdən birinin səhhətində yaranan problemlə əlaqədar Bakı hava limanına məcburi eniş üçün müraciət edib.
“Airbus A350-900” tipli təyyarə yerli vaxtla saat 19:21-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Hava limanında səhhətində problem yaranan sərnişinə tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib.
Reysin davam etdirilməsi ilə bağlı qərarı hava gəmisinin kapitanı verəcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























